Milli Məclisin deputatları Fəzail Ağamalı və Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün aprelin 24-dən 29-dək Sankt-Peterburqda səfərdə olacaqlar. Parlementin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda quruma üzv ölkələrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, yerli özünüidarə strukturlarında maliyyə problemlərinin aradan qaldırılması yolları və digər məsələlər müzakirə ediləcək.
Səfər müddətində Rusiyada parlamentarizm ənənələrinin 105 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Deputatlarımız konfransın işində iştirak edəcəklər.
Səfər müddətində Rusiyada parlamentarizm ənənələrinin 105 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Deputatlarımız konfransın işində iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB