iPod və iPhon-larda gizli fayllar aşkar edilib

iPod və iPhon-larda gizli fayllar aşkar edilib

Britaniyanın kompyuter təhlükəsizliyi üzrə ekspetləri iPod və iPhon-larda gizli fayllar aşkar ediblər. SİA-nın xəbərinə görə, geniş GPS məlumatlar qurğunun bir yerdən başqa bir yerə keçməsini, hərəkət istiqamətini göstərir.

Xüsusi proqram qurğunun sahibinin harada və nə vaxt olduğunu müəyyən edir. Bu informasiyalar kompyuterin yaddaşına yazılır və gələcəkdə hüquq-mühafizə orqanları tərəfindən istifadə oluna bilər.

Bu işdə google proqramının da "əli" olduğu deyilir. Belə ki google android programı olan mexanizmlərdə öz sahiblərinin olduğu məkanı göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə