"Azərbaycan regionda ən güclü hərbi potensiala malik ölkədir” ŞƏRH-ÖZƏL
"Ölkəmizin silah arsenalının gücləndirilməsi və yeni silahların alınması hər keçən gün Ermənistanda təşvişlə qarşılanır”. Bi fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, yeni alınan silahlar müasir, modern növlərdir və dağıdıcı gücə malik olmaqla latel silahlar seriyasına daxildir: “Prezident İlham Əliyev Rusiya mətbuatına verdiyi müsahibədə də məhz Azərbaycanın silahlanması və bu istiqamətdə atılan addımları dəyərləndirməsi, verdiyi mesajlar əlbəttə ki, işğalçı Ermənistanda diqqətlə izlənilir. Dövlət başçısının bu məsələnin üzərində xüsusi dayanması, silah arsenalını gücləndirilməsini qabartması İrəvana mesaj idi".
Politoloq söyləyib ki, bu gün Ermənistan yalnız Rusiyanın kreditlə verdiyi köhnə silahların ümidinə qalıb: "Amma ölkəmiz dünya silah sərgilərinə öz milli silahları ilə çıxır. Bu o deməkdir ki, artıq Azərbaycan bir müddətdən sonra silah ixracatçısına çevriləcək. Hesab edirəm ki, prezidentin verdiyi müsahibə Ermənistan üçün ciddi siqnaldır və onlar bunun nəticəsini görəcək. Bu gün əminliklə demək olar ki, Azərbaycan regionda ən güclü hərbi potensiala malik ölkədir”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB