"Azərbaycan öz müstəqilliyini Heydər Əliyevə borcludur" Cihat Rahmi Akar
"Bu gün dost və qardaş ölkə olan Azərbaycan müstəqildirsə, böyük Azərbaycan şairi Məhəmməd Hadinin dediyi kimi imzaları-imzalar içində mövcuddursa, şübhəsiz bütün bunlar hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx surətdə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar deyib. Onun sözlərinə görə, Heydər Əliyev siyasi irsi hələ bundan sonra da dünyanın bir çox ölkə liderləri üçün məktəb olacaq: "Bütün parametrləri ilə Heydər Əliyev dühası dünyaya siyasi idarəetmədə bir model kimi təqdim olunmalıdır. 1993 -cü ildə Azərbaycan müharibə şəraitində idi. Daxildə və xaricdə ölkənin var olmasını istəməyən qüvvələrin təzyiqlərinə baxmayaraq xalq israrla Heydər Əliyev fenomeni üzərində dayandı və ondan Bakıya geri dönməsini istədi. Çünki xalq bilirdi ki, onu üzləşdiyi bu bəladan məhz Heydər Əliyev məntiqi, zəkası və dəmir iradəsi xilas edə bilər. Məhz elə də oldu".
"Heydər Əliyev gəldiyi gündən etibarən Azərbaycanın həyatında dönüş başladı", deyə qeyd edən politoloq bildirib ki, məhz bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu: "Siyasətdən iqtisadiyyata, sosial həyatdan mədəniyyətə bütün sahələrdə yerlə yeksan olmuş infrastruktur bərpa edildi və xalqın güzəranının yaxşılaşdırılması yönündə əməli addımlar atıldı. Ulu Öndər Heydər Əliyevdən sonra Prezident seçilmiş ölkənin hazırkı başçısı İlham Əliyev dönəmində də Azərbaycan əsası Ümummilli Lider tərəfindən qoyulan cizgidən kənara addım atmadı. Nəticə isə göz qabağındadır. Bu gün dünyanı öz cənginə alan COVID-19 pandemiyasının I dalğasından Azərbaycanımız alnıaçıq, üzüağ çıxdı. Bu faktın özü belə ölkə rəhbərliyinin və onun ətrafında olan komandasının necə uğurlu siyasət yeritdiyinin bariz göstəricisidir. Bir daha bütün dünya əmin oldu ki, Azərbaycan dövləti Heydər Əliyev ideyalarına sadiqdir, onun yolundan gedir və ən önəmlisi onun dediyi kimi vətəndaşına, insanına önəm verir. Bütün dünyada, o cümlədən Türkiyədə yaşayan türklərin nəzərində Ulu Öndərin xatirəsi əzizdir, hər birimiz onu dərin ehtiramla və sayğıyla yad edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB