Ermənilərin millətçi düşüncəsi sağlam düşüncə tərzindən daha üstündür - ŞƏRH ÖZƏL
“Dünya birliyi həm faşist Almaniyasına qarşı vuruşan, həm digər ölkələr, xalqlar 9 May günün tarixi bir bayram kimi qeyd edirlər. Çünki 75 il bundan əvvəl sona yetən ikinci dünya müharibəsinin müsbət nəticəsi bir sıra dövlətlərin inkişafına töhfə verib. Bu bir reallıqdır və eyni zamanda nasistlərə, faşist elementlərə, ünsürlərə qarşı mübarizənin də başlanğıcıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloqun sözlərinə görə, heç bir dövlət siyasi rejimdən asılı olmayaraq faşist rejiminə dəstək vemir və verməyəcək də: “Amma görünür Ermənistanda bu məsələni əksinə başa düşürlər və İrəvanın mərkəzində faşist Qaragin Njde-yə 6 metrlik heykəl qoyurlar. Dövlət Başçımız tamamilə haqqlı olaraq TASS müxbirinə müsahibəsində bunu xüsusilə qeyd edib və deyib ki, bu qəbuledilməz bir faktdır. Əslində buna qarşı tədbir görülməli və ictimai-dövlət xadimləri bu məsələyə mövqe bildirməlidir”.
F.Sadıqov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Aşqabad şəhərində siyasi cəhətdən Paşinyanı darmadağın edib: “Prezident İlham Əliyev reallığı nəzərə alaraq bütün MDB dövlətlərinin başçıları yanında bu məsələni xüsusilə qaldırıb. Onlar Paşinyanın bu məsələdə mövqeyini də açıq şəkildə görüblər. Sadəcə olaraq belə bir bayram ərəfəsində, xüsusilə faşizmə qarşı qələbə fonunda paytaxt mərkəzində faşistə abidə qaldırmaq məntiqə, reallığa uyğun deyil və xalqların ünvanına təpkidir, söyüşdür. Düşünürəm ki, bir çoxları bunu dərk edib. Bizim dövlət Başçımızın mövqeyi kifayət qədər şəffaf və prinsipial səslənib. Ermənistanda da bunu gözəl başa düşürlər, lakin görünür onların millət olaraq psixi durumunun səviyyəsi o qədər də yüksək deyil ki, dərk etdikləri aydın bir məsələni qəbul edə bilsinlər. Onların millətçi düşüncəsi sağlam düşüncə tərzindən daha üstündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB