"Ümummilli liderin hakimiyyətə gəlməsi ilə ədalətsizlik tamamilə bərpa olundu" Siyavuş Novruzov
“Azərbaycanda elə bir ailə yoxdur ki, üzvlərindən kimsə bu müharibədə həlak və ya əlil olmasın”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
“Burada oturanların hər birinin ailəsində də var. Öz ailəmdən götürürəm - mənim iki babam bu müharibədə vuruşub. AXC-Müsavat hakimiyyətə gələndə bunların hamısının üstündən xətt çəkdi. Onlar bizim babalarımızı vətən xaini adlandırdılar. Onların nəsli-nəcabəti, babaları - hamısı fərari idi. Ümummilli liderin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik tamamilə bərpa olundu. Bu gün insanlarımız bilir ki, vətən hər zaman onların arxasındadır”, - deyə S.Novruzov qeyd edib.
O bildirib ki, Azərbaycan Böyük Vətən müharibəsində iki əsas cəhətlə iştirak edib: “Birincisi, böyük insan qüvvəsi, ikincisi təchizatla...”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB