"Bakı Bəyannaməsi digər ölkələr üçün də olduqca əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT

"Bakı Bəyannaməsi digər ölkələr üçün də olduqca əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən videokonfransın tarixi əhəmiyyəti çox böyükdür. Konfransın nəticəsi olaraq qəbul olunan Bakı Bəyannaməsi tək Azərbaycan deyil, digər ölkələr üçün də olduqca əhəmiyyətlidir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

"Nəzərə alsaq ki, Qoşulmama Hərəkatına üzv olan ölkələrin bir çoxu kasıb ölkələrdir və koronovirus pandemiyası ilə mübarizədə tibb avadanlıqları, maskalar, dizenfeksiyaedici məhsullar çatışmır. Buna görə də konfransda iştirak etmək üçün BMT-nin Baş katibi, Avropa İttifaqının Ali komissarı, Afrika komissiyasının sədri, Ümumdünya səhiyyə təşkilatının Baş direktoru dəvət olunmuşdular. Çıxış edən beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət başçıları, pandemiya ilə bağlı mübarizədə Azərbaycanda görülmüş işləri nümunə olaraq göstərdilər. Yarandığı vaxtdan sonra ilk dəfə Avropa İttifaqının Ali nümayəndəsinin, Qoşulmama Hərəkatının işində iştirak edərək Bakı vasitəsilə, iki böyük beynəlxalq təşkilat arasında əlaqə qurulması da diqqət çəkən məqamlardandır. Ölkə başçımızın təşkilatçılığı ilə keçirilən Zirvə görüşü və bundan əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransı Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət etməklə yanaşı, dövlətlərarası münasibətlər sisteminə ekstrimal şəraitdə bir yenilik gətirmişdir. Hər iki təşkilata sədrlik edən ölkəmiz, karantin rejimi şəraitində, onların işini canlandırmaqla, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir"-deyə, N.Məhəməliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə