Prezident İlham Əliyev Ukraynanın iqtisadi inkişaf və ticarət nazirini qəbul edib

Prezident İlham Əliyev Ukraynanın iqtisadi inkişaf və ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulandı. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə