"Prezidentimizin dünya liderlərinin içərisində öz nişanəsi, sözü, imzası var" ÖZƏL-MÜNASİBƏT

"Prezidentimizin dünya liderlərinin içərisində öz nişanəsi, sözü, imzası var" ÖZƏL-MÜNASİBƏT

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Görüşün əhəmiyyəti barədə SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bunları deyib: “Zirvə görüşünün keçirilməsi cənab Prezidentin dünya liderləri arasında özünəməxsus yeri və üslubu olduğunun bir sübutu və ölkəmizin dünyada tanıdılmasının və qəbul edilməsinin bir göstəricisidir. Hətta deyərdim ki, bu ölkəmiz üçün çox böyük uğur sayılır. Bildiyiniz kimi dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır. Azərbaycanın bu təşkilata ilk dəfə rəhbərlik etməsi, eləcə də Azərbaycan Prezidentinin və Qoşulmama Hərəkatının rəhbərinin çağırışı ilə 128 dünya liderinin bir araya gəlməsi ən uğurlu addılardan sayılır.

Xüsusilə dünyanı cənginə almış koronovirus (COVİD-19) pandemiyası dövründə Zirvə görüşünün videokonfrans vasitəsilə təşkil olunması Azərbaycanın uğurlarına daha bir uğur qatdı. Dünyanı cənginə alan pandemiya şəraitində sayca ikinci beynəlxalq səviyyəli tədbirin şahidi olduq. Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü baş tutdu. Qeyd etmək yerinə düşər ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilatdır. Hər iki tədbirin təşəbbüskarı və keçirilməsində əsas rol Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması da ölkəmizin uğurlu fəaliyyətinə verilən dəyərdir. Bu gün 10 milyon əhalisi olan Azərbaycanda Prezidentimizin dünyada milyardlarla insanların idarə etdiyi həmin o liderlərin içərisində öz nişanəsi, sözü, imzası var".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə