"Zirvə görüşü Prezidentin böyük nüfuza malik olduğunu bir daha təsdiqlədi" ÖZƏL-MÜNASİBƏT
“Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Azərbaycan da təşkilata üzv olduqdan sonra onun işində aktiv iştirak edir. Ölkəmiz üçün ən mühüm hadisələrdən biri ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Bakıda keçirilməsi və Azərbaycanın üç il müddətində təşkilata sədr seçilməsidir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi təşkilatın işinin gücləndirilməsində, qlobal məsələlərin həllində öz töhfəsini verməsində vacib rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü bu reallığı təsdiqləyir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Millət vəkilinin sözlərinə görə, Zirvə görüşü göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda dünya miqyasında özünün töhfələri verməkdədir. Deputat qeyd edib ki, Zirvə görüşündə Prezident İlham Əliyev dərinməzmunlu çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezident eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatında rolunu vurğulayaraq qeyd edib: “Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır”.
Dövlətimizin başçısı həmçinin söyləyib ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Bu fakt da ölkəmizin, şəxsən hörmətli Prezidentimiz İlham Əliyevin humanist, yardımsevər siyasətinin göstəricisidir”.
“Bütövlükdə, Zirvə görüşünün keçirilməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda çox böyük nüfuza malik olan lider olduğunu bir daha təsdiqləyir”-deyə, millət vəkili vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB