Hicran Hüseynova: “Nigah yaşının artırılması ilə bağlı təkliflər artıq hazırdır və bunu Milli Məclisə təqdim edəcəyik” - MÖVQE
"Nigah yaşının artırılması ilə bağlı təkliflər artıq hazırdır və biz bunu Milli Məclisə təqdim edəcəyik". SİA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. o bildirib ki, heç kim nigah yaşının 18 olmasının gec və ya tez olduğunu deyə bilməz. Onun sözlərinə görə, Azərbaycan Uşaq Hüquqları Konvensiyasına qoşulub və burada yazılıb ki, həm oğlan, həm də qızın nigah yaşı 18-dir. Bu öhdəliyi üzərlərinə götürdükləri halda həyata keçirməli olduqlarını deyən H.Hüseynova vurğulayıb ki, əhalinin də buna münasibəti dəyişməlidir.
"Çox zaman əhali özü bunu dərk etmir. Dəfələrlə rayonlarda bununla bağlı görüşlər təşkil etmişik. Heç kimi məcburi şəkildə rəsmi nigaha bağlamaq mümkün deyil, ancaq biz onlara təklif edirik. Bir neçə rayonlarda bu təcrübə öz həllini tapır. Artıq rayonlarda rəsmi nigahlar bağlanır, uşaqlara şəhadətnamə verilir və s. Bundan əlavə, bunlar çox böyük iradə tələb edir. Valideyn məsələni qoyur ki, uşaq mənimdir və hansı vaxtda da istəsəm onu ərə verəcəm. Belə düşüncə ilə yaşayan insanlar var. Belə insanlarla işləmək, onları təbliğata cəlb etmək mühüm işlərdir. Nəticədə problemli zonalarda bunların sayı azalıb. Ancaq gündəlikdə bu problem hələ də var və bu sahədə işimizi gücləndirəcəyik", - deyə o əlavə edib.
Daha sonra komitə sədri ölkədə qız uşaqlarının anadan olmadan öncə məhv edilməsi məsələsinə də toxunub. O bildirib ki, dünyada oğlan uşaqları daha çox dünyaya gəlir, ancaq sonradan rəqəmlər dəyişilir: "Azərbaycanda da 51% qadınlar, 49% kişilər olub. Ölkədə indi bu vəziyyət yoxdur. Belə bir addım olsa və bunun qarşısı alınmasa, problem yaradar. Rəsmi dövlət tərəfindən uşaqların məhv edilməsinin qadağan edilməsi insan hüquqları baxımından çətin bir məsələdir. Hər bir qadının hüquqi var ki, hansı uşağı istəyir və ya istəmir. Burada hansısa bir formada yol tapmaq lazımdır. Bunun da yeganə yolu insanların maariflənməsidir. Nə qədər bu istiqamətdə danışıqlar, söhbətlər aparılırsa, bunun mühüm əhəmiyyəti olur".
Komitə sədri cəzaçəkmə müəssisələrində qadınların qarşılaşdıqları problemlər və azadlığa çıxdıqdan sonra reabilitasiyası ilə bağlı işlərin görüldüyünü də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məqsədlə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə ikitərəfli sənəd imzalanıb
Qızların təhsildən yayınması, məkəblərə buraxılmaması probleminə toxunan H.Hüseynova qeyd edib ki, bu məsələ çox az rayonlarda qalıb: "Məktəblərdə çoxlu maarifləndirmə kampaniyaları oldu, sosial roliklər göstərildi, Təhsil Nazirliyi ilə birlikdə bu istiqamətdə əməkdaşlıq qurulub. Faizlə götürdükdə belə hallar çox deyil, amma yenə də bizləri narahat edir".
Məktəblərdə qız uşaqlarının hicab məsələsinə də münasibət bildirən komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir və cəmiyyət dövlət qanunları ilə idarə edilir: "Dövlət komitəsi kimi bu məsələyə uşaq hüquqlarının müdafiəsi baxımından yanaşırıq. Komitə tərəfindən aparılan araşdırmaları görə, bu uşaqların əksəriyyəti hicab bağlamağa ata və anaları tərəfindən məcbur edilirlər. 10 yaşlı uşaq hicabın niyə bağlandığını dərk etmir. Qızın yetkinlik yaşına çatmasına imkan versinlər, hicab bağlayıb-bağlamamasına özü qərar versin. Fikrimcə, bu, uşağın hüquqlarını tapdalamaq və inkişafına mane olmaq deməkdir. Valideynlərin belə addım atmağa hüquqları yoxdur. Bizim adət-ənənələrdə bu yoxdur və heç vaxt da olmayıb. Azərbaycanda heç zaman qadınlar belə qapalı formada gəzməyib. Bunun adət-ənənə kimi təqdim olunmasının tərəfdarı deyiləm. Valideyn ilk öncə onun taleyini, imkanlarını bağlayır. 18 yaşına kimi sərbəst olsun, inkişaf etsin, bundan sonra istəyər hicab taxar, istəmədiyi halda da buna heç kim məcbur edə bilməz. Bir dövlət qurumu olaraq buna münasibətimiz belədir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB