"5 hektara qədər torpağı olan kəndlilərdən sosial sığorta haqqı alınmasın" Əli Məsimli

"5 hektara qədər torpağı olan kəndlilərdən sosial sığorta haqqı alınmasın" Əli Məsimli

Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında 5 hektara qədər torpağı olan kəndlilərin vəziyyətinin nəzərə alınması, bu kəndlilərdən sosial sığorta haqqı alınmamasını təklif edib. SİA-nın xəbərinə görə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deputata bildirib ki, qanun layihəsində 5 hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməli, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır.

Deputata söyləyib ki, çünki bu torpaqdan hansısa gəlir götürmürlər:” “Onların əldə etdiyi gəlir icbari sosial sığorta ödəməyə imkan vermir. Ona görə də 5 hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə