Tehran, İRNA - İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Amerikanın sanksiyalarının İranın koronavirusla mübarizə planlarının problemlərlə qarşı-qarşıya gətirdiyini söyləyib. SİA-nın məlumatına görə, Qoşulmama Hərəkatının Video Konfransı metodu ilə təşkil olunan Liderlər Yığıncağında danışan Ruhani Amerikanın İrana qarşı tətbiq etdikləri qeyri-insani davranışlarını tənqid etdi və lazımi tibbi ləvazimatların təmin edilməsinin bəzi hallarda uzadıldığını və bəzən də imkansız olduğunu söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) zəiflədilməsinin kronavirusa qarşı ümumi mübarizənin zəifləməsi demək olduğunu vurğulayan Ruhani, ABŞ-ın təşkilatın maliyyə qaynaqlarından məsuliyyətsiz olaraq məhrum edilməsinin bu ölkənin strateji səhvlərindən biri olduğunu söyləyib. İranın koronavirusun peyvəndi və dərmanını tapmaq üçün dünyanın bütün ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirən Ruhani, koronanın bir epidemiya kimi sərhədlərindən, millətlərindən və soylarından asılı olmayaraq hər kəs üçün təhlükə yarada biləcəyini söyləyib.
Bəşəriyyətin iqlim dəyişikliyi, qlobal istiləşmə və korona kimi təhdidlərlə üzləşdiyini deyən Ruhani, bu təhlükənin terroru dəstəkləməyin, millətlərə təzyiq göstərməyin və iqtisadi və hərbi terrora qarşı həmrəylin vaxtı olduğunu söyləyib.
Ruhani, ''Bu təcrübə göstərdi ki, anbarlarını kütləvi qırğın silahları ilə dolduran beynəlxalq güclər ən azı digər ölkələr qədər korona kimi bir epidemiyaya qarşı zəifdirlər'' deyib.
İranın korona ilə mübarizədəki üsullarını dilə gətirən Ruhani, bu mübarizə sayəsində virusun yayılmasının qarşısını alındığını, lakin tədbirlərin davam etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB