"Bank sistemi ilə əlaqədar məhkəmələrdə ədalətsiz qərarlar olur." DEPUTAT
"Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz. Çünki məhkəmələrdən deputatlara minlərlə şikayət daxil olur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, insanlar məhkəmələrdən narazıdır: "Bank sistemi ilə əlaqədar məhkəmələrdə ədalətsiz qərarlar olur. Hesab edirəm ki, məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Hakimlər qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoyub qərar qəbul etsinlər”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB