Milli Məclisə yeni mətbuat katibi təyin edilib

Milli Məclisə yeni mətbuat katibi təyin edilib

Milli Məclisin (MM) Mətbuat Xidmətinin rəhbəri dəyişdirilib. SİA-nın xəbərinə görə, bununla bağlı MM Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Elnar Məmmədli Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin olunub. İndiyədək Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu idi.

E.Məmmədli isə bu günədək AZTV-də çalışırdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə