Qoşulmama Hərəkatının Zirvə görüşü İran mətbuatında geniş işıqlandırılıb

Qoşulmama Hərəkatının Zirvə görüşü İran mətbuatında geniş işıqlandırılıb

Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən onlayn Zirvə görüşü İran mətbuatında geniş işıqlandırılıb.

SİA xəbər verir ki, İranın İRNA, Mehr, İsna, khabharonline saytlarında zirvə görüşü haqqında material dərc olunub. Qeyd olunub ki, Qoşulmama Hərəkatına rəhbərlik edən Prezident İlham Əliyev nitqində koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq, həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək təklifi ilə çıxış edib.

Nəzərə çatdırılıb ki, videokonfrans vasitəsi ilə keçirilən toplantıda BMT-nin Baş katibi Antonio Quterreş, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin çıxış edib problemin həlli istiqamətində atılan addımlardan danışıb və Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə