Ruhani: "İrana göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm"
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.
"Mən belə vacib zamanda bu təşəbbüs üçün və COVID-19 pandemiyası ilə mübarizədə İrana göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm", - deyə Həsən Ruhani qeyd edib.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB