Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünün vaxtı və yeri bəlli olub

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünün vaxtı və yeri bəlli olub

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun növbəti görüşü olacaq. Bunu SİA-ya açıqlamasında XİN-nin mətbuat xidmətini rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, görüş sabah Rusiyanın paytaxtı Moskva şəhərində baş tutacaq.

Qeyd edək ki, ATƏT-in rusiyalı həmsədri İqor Papov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünü aprel ayının sonunda, Azərbaycan və Ermənistan prezidentlərin görüşünün isə yayda baş tutacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə