Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanacaq
Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Müəyyən edilib ki, bu sərəncamda nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB