Azərbaycanın bir sıra ölkələrə yeni səfirləri təyin edilib

Azərbaycanın bir sıra ölkələrə yeni səfirləri təyin edilib
Azərbaycan Prezidentinin Sərəncamı ilə Namiq Həsən oğlu Əliyev Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.
SİA-nən məlumatına görə,digər sərəncamla Azər Tofiq oğlu Hüseyn Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Gürcüstanda fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Dövlət başçısının növbəti sərəncamları ilə İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Belarusda fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə