"İrates": "Hakimiyyət onun əlindən sürüşüb-çıxır"
Ermənistanda koronavirus pandemiyası ilə yanaşı, siyasi böhran da davam edir. Baş nazir Nikol Paşinyanın isə vəziyyəti öz nəzarəti altında saxlamaq istiqamətində tətbiq etdiyi bütün cəhdləri isə puç olmaqdadır. Hətta vəziyyət o həddə qədər inkişaf edib ki, hökumət daxilində kəskin parçalanma sindromu yaşanır və hakimiyyət iki qanada parçalanıb.
Digər tərəfdən, bu barədə erməni mediası da yazır. SİA xəbər verir ki, "İrates" nəşrinin yazdığına görə, artıq hakimiyyətin rıçaqları Nikol Paşinyanın əlindən sürüşüb-çıxmaq üzrədir.
Erməni nəşri: "O, hətta şəxsi komandasında birliyi təmin edə bilmir və müxtəlif cinahlar arasnda yaşanan gərginlik apogey həddinə çatıb"
Xüsusilə, hakim komandadakı parçalanmaların və intriqaların qarşısının alınmamasına işarə edən erməni qəzeti həm də onu qeyd edir ki, vəziyyət apogey həddinə çatıb. SİTAT: "Hakimiyyət Nikol Pşainyanın əlindən sürüşüb-çıxır. O, hətta şəxsi komandasında birliyi təmin edə bilmir və müxtəlif cinahlar arasnda yaşanan gərginlik apogey həddinə çatıb. Onun arxasında kölgə hökumət işləyir, hüquq-mühafizə sistemi isə, saxta cinayət işlərinə tələb olunan istiqamət verə bilmir..."
"İrates" qəzeti eyham vurur ki, bu cür davam edərsə, Paşinyanın bir çıxış yolu qalır. Belə ki, onun yeganə silahı əvvəlki hakimiyyətin əlində olan qalıqları son qəpiyinə qədər mənimsəmək və onu "hüquqi" şəkildə "qablaşdırmaq".
"Hüquq-mühafizə sistemi artıq Paşinyanın əmrləri "əsasında" cinayət işlərini açmaq məsələsində gücsüzdür"
Adıçəkilən media qurumu daha bir maraqlı məqama toxunaraq, Paşinyanın dalana dirəndiyi vəziyyətdə növbəti hansı addıma gedəcəyi proqnozunu irəli sürüb: "Mənbələrimizin təsdiq etdiklərinə görə, mövcud ağır vəziyyətdə ictimai rəyin diqqətini yayındırmaqdan ötrü Paşinyan ən çox sevdiyi metodu istifadə edəcək. Keçmiş vəzifəli şəxslərə qarşı növbəti cinayət işlərinin açılması mərhələsi başlanılacaq və buradakı adlar nə qədər səs-küylü, "talanlar" isə nə qədər böyük miqyaslı olacaqsa, ictimaiyyətin diqqəti daha çox buna konsentrə olacaq".
Erməni nəşri buna baxmayaraq, hüquq-mühafizə orqanlarının belə halda zəif nöqtələrinin olduğunu da yazır. Daha dəqiq desək, orqanlar baş nazirin lüzumsuz bəyantlarını qanuniləşdirmək gücündə deyil.
"Lakin göründüyü kimi, hüquq-mühafizə sistemi artıq Paşinyanın əmrləri "əsasında" cinayət işlərini açmaq məsələsində gücsüzdür", qeyd edən "İrates" sonda daha bir ilginc məqama toxunaraq yazır və bildirir ki, xalq istər Paşinyanın, istərsə də onun mətbuat karibinin küçə söhbətlərindən bezib. "Təsəvvürünüzə gətirib, baş nazirin mətbuat katibi rəsmi bəyanatlarını şəxsi mənbələrinin istinadı kimi təqdim edir", deyə nəşr yazır. Bütün bunlar isə sübut edir ki, nəinki xarici siyasətində, eyni zamanda daxili siyasətində tənəzzülə uğrayan Nikol hakimiyyətinin demək olar ki, son zamanları yaşanır. O cümlədən, onsuz da bütün sferalar üzrə məhvə sürüklənən Ermənistanın həm də koronavirus pandemiyası fonunda deqradasiyası ümumiyyətlə ölkənin süqutu reallığını ortaya çıxarmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB