Çexiyanın sabiq baş naziri Mirek Topolanek Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) prezidenti və icraçı direktoru Telman Əliyevlə görüşüb.
CEIBC-dən SİA-ya verilən məlumata görə, M.Topolanek Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrinin inkişafında prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Xəzər regionu və Avropanın şirkətləri arasında əlverişli məkdaşlıq mühitinin yaradılması və əngəllərin aradan qaldırılması üçün hər il Xəzər-Avropa İnvestisiya Forumu keçirilməlidir.
Görüşdə CEIBC çərçivəsində Xəzər-Avropa iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub.
M.Topolanek görüşün yekunları ilə bağlı "Caspian Energy" Beynəlxalq Media Qrupuna müsahibə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB