“Uydurma "erməni soyqırımı"nı tanıtdırmaq üçün ermənilərin göstərdikləri səylərdə təəccüblü bir şey olmasa da, kənardan "ələkçinin qıl verənləri"nin həyasızlığı əndazəni aşmağa başlayır. Bu günlərdə Fransa prezidenti Makronun və ABŞ prezidenti Trampın uydurma "erməni soyqırımı"nın 105 illiyi ilə bağlı ermənilərə yazdıqları ədalətsiz və tam siyasi motivli qisasçı məktublarını gördük. Onların bu şəkildə tarixi saxtakarlığa niyə dəstək verdiklərini bilirik, ancaq təəssüf ki, hələlik qabağını ala bilmirik. Necə ki, 2016 -cı il aprelin 24- də Roma papası Frensiskin və Avropa Birliyinin Türkiyəyə saxta "erməni genosidini" tanımaq barədə etdikləri müraciətlərin də qarşısını ala bilmədik. Belə faktlar çoxdur, bunların əleyhinə isə hələlik nəsə edə bilmirik”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Politoloqun sözlərinə görə, ancaq elə şeylər var ki, onları edə bilərik: “Məsələn, eşitdim ki, Türkiyə Böyük Millət Məclisinin daha bir deputatı Sezgin Tanrıqulu uydurma "erməni soyqırımı"nın tanınması anlamını verən status paylaşıb. Türkiyə patlamentinə kiminsə yolverilməz "lütfü " sayəsində düşmüş və istədiyi vaxt Ermənistana, hətta işğal olunmuş Dağlıq Qarabağa gedib qayıdan "HDP-çi" Qaro Paylan adlı deputatın isə açıq düşmənçilikləri barədə danışmağa ehtiyac yoxdur. Heç bir məhdudiyyət hiss etmədən Türkiyənin çayını-çörəyini yeyərək uydurma "soyqırımı" tarixi "fakt" kimi hayqırmaqla məşğul olurlar”.
A.Quliyev vurğulayıb ki, belə düşmən deputatların parlamentə hansı siyasətin və kimlərin sayəsində düşdüyünün səbəblərini hələ soruşmuruq: “Ancaq onlara niyə belə açıq düşmənçilik aparmaq şansları verilməlidir? İçdəki düşmənlərin "əl-ayağını yığışdırmaq" vaxtı çoxdan çatıb, hələ ötüb. Açıq deyirik ki, qardaş ölkənin liderləri öz sözləri ilə desək, "fazla" gecikmədən bu addımı atmalı və Türkiyədə "erməni genosidinin" etirafını cinayət əməli elan etməlidir, bunu qanuniləşdirməli və qardaş türkdilli ölkələrin hamısından bu zəruri qərara açıq dəstək istəməlidir.
Niyə də olmasın? Fransa özünü guya "haqq-ədalət vətəni" kimi tanıtmağa çalışdığı halda, uydurma "erməni genosidinin" inkarını rəsmən cinayət əməli elan edə bilir, bizlər, türk dünyası haqqımız olanı niyə də etməyək?!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB