Paşinyanın qərarı Ermənistanda yeni narazılıqlara səbəb olacaq ERMƏNİ KİV

Paşinyanın qərarı Ermənistanda yeni narazılıqlara səbəb olacaq ERMƏNİ KİV

Ermənistanın “Past” qəzeti yazır ki, hakimiyyət dövlət aparatında yeni “təmizləmələrə” başlayacaq. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, bu, baş nazir Nikol Paşinyanın yaxınlarda bəyan etdiyi “xaç yürüşüdür”.

“O, layvlarının birində bəyan etmişdi ki, inqilabın yeni dalğası başlayır və bu çərçivədə dövlət sistemini Serjin qalıntlarından təmizləmək lazımdır”, yazan nəşr qeyd edir ki, Serkin qalıntılarınını təmizləmək üçün baş nazirliyin aparatı artıq Paşinyana dövlət sistemində çalışan əməkdaşların tam siyahılarını təqdim edib. “Orada hər bir işçinin hansı partiyanın komandasında təmsil olunması barədə bütün detallar yazılıb”, deyə bildirilir.

Qəzetin mənbələri bildirirlər ki, hakimiyyət üçün arzuolunmaz kadrlar əsasən, orta təbəqəli məmurlardırlar ki, onlar qısa vaxtda öz vəzifələri ilə vidalaşmalı olacaqlar.

Qeyd edək ki, artıq bu məsələ erməni ictimai-siyasi dairələrində çoxsaylı müzakirələrə səbəb olub və Paşinyanın bu addımı, xüsusilə insanları siyasi baxışlarına görə işlərdindən uzaqlaşdırması və bunun adını “Serjin qalıqları” qoyması onsuz da çoxşaxəli böhranlar içində çabalayan ölkədə narazılıqların artacağını proqnozlaşdırır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə