ABŞ-ın 30-dan çox senatoru Nümayəndələr palatasının 75 üzvünün təşəbbüsünə qoşularaq, 2021-ci ildə Azərbaycanın işğal altındakı ərazilərinə maliyyə yardımının artırılmasının tərəfdarı olduqlarını bəyan ediblər. SİA xəbər verir ki, Amerika ermənilərinin milli komitəsinin (Armenian National Committee of America - ANCA) məlumatını Ermənistanın panorama.am saytı yayıb.
Erməni saytının yazdığına görə, maliyyə vəsaitlərinin Britaniyanın Halo Trust təşkilatının icra etdiyi minalardan təmizlənmə proqramına və digər reabilitasiya məqsədlərinə göndəriləcəyi bildirilir.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB