Post-pandemiya dövründə dünya ölkələrində nə dəyişəcək? ŞƏRH-ÖZƏL

Post-pandemiya dövründə dünya ölkələrində nə dəyişəcək? ŞƏRH-ÖZƏL

"Beynəlxalq münasibətlər sisteminin yenidən dizayn edilməsi, post-pandemiya dövründə iqtisadi münasibətlərin əvvəlki illərdə olduğu kimi davam etdirilməsi olmayacaq. Bu istiqamətdə ciddi dəyişikilərin olacağı istisna deyil. Beynəlxalq təşkilatların aparıcılığı, proseslərdə aktiv rol oynaması öz qüvvəsini saxlasada, yeni bir çərçivədə daha da güclənməsi, operativ işləkliyi təmin ediləcək".Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, dünya nizamının formalaşmasında beynəlxalq təşkilatlar heç bir dövlətdən asılı olmamalı, verdiyi qərarlar müstəqil və ardıcıl şəkildə yerinə yetirilməlidir: "Qeyd edim ki, dünyada birtərəfli qərarların verilməsi, BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qərarlarının icra edilməməsi və digər bu kimi probelmlərin həlli artıq qaçılmazdır. İlk növbədə yeni regional güc olan Türkiyənin, Pakistanın BMT-nin TŞ-nın daimi üzvülüyə qəbul edilməsi mütləqdir. Çünki, Türkiyə Yaxın Şərqdə, Pakistan Cənubi Asiyada güclü dövlətlər sırasına daxil olub".

Politoloq söyləyib ki, dünya sisteminin ədalətli və prinsipial şəkildə idarə edilməsi baş verməsə də, siyasi nizamda ciddi dəyişikliyinin iqtisadi və hərbi müstəvidə dəyişikliyə yol açacağı qaçılmazdır: "Bu dəyişikliklərin Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa və Yaxın Şərqdə cərəyan edəcəyi gözlənilir. Qeyd edim ki, əsasən beynəlxaq gücün əsas lokomotivi olan ABŞ Çinin iqtsadi zəifləməsi istiqamətində xüsusi planlar reallaşacaq. Həmçinin Rusiyanın parçalanaması, subyektlərin müstəqillik uğrunda mübarizəsinə dəstək vermək üçün hazırlıq işlərinə başalayacaq. Çünki, hazırkı beynəlxalq böhranda ABŞ öz strategiyasını müyyənləşdirib və Avropa ilə birgə hərəkətə keçəcəyi gözlənilir. Çünki, ABŞ-ın hazırkı müttəfiqi Avropa dövlətləridir və onu əvəzi edəcək hər hansı bir super güc yoxdur".

M. Əsədullazadənin fikrincə, Azərbaycan üçün yeni siyasi dönəmdə ən başlıca faktor öz ərazilərinin bir hissəsini Ermənistanın işğalından azad etməsidir: "Bu istiqamətdə Rusiyanın regionda öz qalıcılığı Azərbaycan üçün ən əsas maneə olaraq qalır. Amma, Rusiyada bir müddətdən sonra mərkəzdən qaçma meyilləri, ABŞ və Avropanın regionla bağlı daha ciddi addımlar atması, Azərbaycan üçün əlavə imkanlar aça bilər. Məhz Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində öz səylərini genişləndirməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə