Professor Trampa qarşı "üsyan" etdi - AKTUAL

Professor Trampa qarşı "üsyan" etdi - AKTUAL

ABŞ prezidenti Donald Trampın uydurma "erməni soyqırımı"nın 105 (?) illiyi ilə bağlı ermənilərə yazdığı məktubunda "genosid" məsələsindən siyasi alət kimi istifadə edir və onun 1915-ci ilhadisələrini "Meç Eqarna" adlandırmasının heç bir real tarixi əsası yoxdur. Faktlar onu göstərir ki, hələ Osmanlı dövlətində 1915-ci il hadisələrindən çox əvvəl müəyyən qüvvələr Osmanlıdan ermənilərin Amerikaya kütləvi köçünü təşkil edirdilər. Məqsəd müəyyən müddət sonra guya Osmanlı dövlətində ermənilərin kütləvi qırğına məruz qaldıqları barədə "şumixalar" qoparmaq idi. Hələ 1895-ci ildə, bəli məhz 1895, Osmanlının cəmi bir vilayətində qısa gəzintidən sonra bir amrikalı missionerin ABŞ-da tələsik kitab çap edərək ermənilərin qırğına məruz qaldıqlarını iddia etməsi təsadüf idimi? Bu kitabın ardınca 1895-ci ildə ermənilərin Osmanlıda guya qırğına məruz qaldıqları barədə layihənin bir Ştat konqresində müzakirəyə çıxarılması təsadüf idimi? Təbii ki, yox.

Faktların davamı olaraq yeni xəbərlər ABŞ-ın özündən gəlib: "Bir əsirlik erməni yalanı və siyasi proses" mövzusunda beynəlxalq videokonfrans keçirilib. ABŞ-ın Tennesi Texnologiya Universitetinin professoru Maykl Hanterin maraqlı məruzəsi əslində Trampın uydurma "erməni genosidinə dəstək siyasəti əleyhinə üsyanı"da adlandırıla bilər”.

M.Hanter deyib ki, hələ 1915-ci il hadisələrindən 50 il qabaq erməni quldur dəstələri Osmanlı dövlətində dinc türklərə qanlı divanlar tuturdu: “Cənab Hanter erməni cinayətkar dəstələrinin 1-ci Dünya Müharibəsinə qədər Osmanlıda cinayətlər törətdiklərinə dair faktlar gətirib və bildirib ki, bu cinayətlər hətta 1905-ci ildə "Ulduz" sarayında Sultan II Əbdülhəmidin həyatına sui-qəsdə qədər inkişaf etdirildi. Hanter bu qənaətə gəlib ki, Osmanlı hökuməti məhz bu cinayətlərə görə ermənilərin daxili köçürülməsinə qərar vetmək zorunda qalıb. Professor qətiyyətli tərzdə iddia edib ki, bu gün Türkiyə arxivlərin açılmasında tam maraqlı olsa da, ermənilər qəti maraqlı deyillər və Osmanlı dövlətində quldur erməni dəstələrinin fəaliyyəti üzərindən sükutla keçmək istəyirlər. İndi bütün bunlardan nəticəni birlikdə çıxaraq ki, ABŞ-da saxta "erməni genosidinə"dəstək siyasəti əleyhinə xüsusilə tarixçi alimlərin etirazları artacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə