Texas ştatında Xyuston məktəbində təhsil alan 3 şagird bədbəxt hadisə nəticəsində xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlardan biri məktəbə Betsy Ross Elementary adlı yüklənmiş silah gətirib. Oğlanın adı çəkilmir, lakin onun 6 yaşlı olduğu məlum olub. Nahar zamanı məktəbin yeməkxanasında silah oğlanın cibindən düşərək atəş açıb.
Yeməkxanada olan 3 uşaq- iki oğlan və bir qız yüngül xəsarət alıblar. Yaralılar arasında məktəbə silah gətirən oğlan da olub. İlkin məlumatlara görə, uşaqlar silahın yerə düşərək açılması nəticəsində döşəmədən qalxan qəlpələrdən yaralanıblar. Zərərçəkənlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Məktəbə silah gətirən uşağın intizam məsuliyyətinə cəlb edilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB