"Müraciətlər xalqımızın öz liderinə sevgi və inamının sonsuz olduğunu göstərir" ÖZƏL-MÜNASİBƏT
"Koronavirus pandemiyasının bütün dünyada yaratdığı fəlakətli vəziyyəti əks etdirən məlumatlarla tanış olanda diqqəti cəlb edən əsas məsələlərdən biri infeksiyanın bu və digər ölkələrə vurduğu ziyanların miqyası ilə bağlıdır. Elə dövlətlər var ki, məruz qaldıqları itkilərin səviyyəsi insanda vahimə yaradır. Belələrinin arasında, hətta, güclü iqtisadiyyata, texnologiyaya, səhiyyəyə malik ölkələr də var. Lakin elə dövlətlər də var ki, orada zərərlərin miqdarı nisbətən azdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün təhlükəli xəstəliyi buxovlamağa, onun gətirdiyi bəlaları, itkiləri xeyli azaltmağa, vəziyyəti nəzarətə götürməyə nail olan az saylı dövlətlərdəndir: "Aparılan təhlillər göstərir ki, pandemiyaya qarşı bu və ya digər konkret ölkədə təşkil edilən mübarizənin nəticəsi həmin dövlətlərdəki siyasi hakimiyyətin gücü, iradəsi , qərarlığı ilə bir başa əlaqəlidir.
Azərbaycanın timsalında biz bunu aydın görürük. Təhlükəli virusun regionumuza ayaq açdığı ilk gündən adekvat kompleks tədbirlər görən, təkcə vətəndaşlarımızın həyat və sağlamlığının qorunması üçün deyil, həmçinin epidemioloji vəziyyətin yaratdığı sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində təxirəsalınmaz effektiv addımlar atan ölkə rəhbərliyi son dərəcədə güclü və cəsarətli iradə nümayiş etdirdi. Bu işdə müsbət nəticələrin əldə edilməsi, itkilərimizin minimuma endirilməsi bilavasitə Prezident İlham Əliyevin yüksək idarəetmə bacarığı, möhkəm iradəsi, zəngin dövlətçilik təcrübəsi, nəcib insani keyfiyyətləri ilə sıx bağlıdır. Dövlət başçımızın belə bir çətin və ağır dönəmdə sərgilədiyi fəaliyyət, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva ilə bərabər daima insanların arasında olması xalqımızda xoş ovqat yaradır. Vətəndaşlarımız ölkə rəhbərinə hər gün çoxlu sayda minnətdarlıq məktubları göndərirlər. Bunu Prezidentin rəsmi internet səhifəsindən hər kəs izləyə bilər. Ardı-arası kəsilməyən müraciətlər xalqımızın öz liderinə, onun xanımına sevgi və inamının sonsuz olduğunu göstərir.
Təəssüflər olsun ki, bütün bunlar istər xaricdə istərsə də ölkəmizin daxilindəki antiazərbaycan çevrələr tərəfindən paxıllıqla, qısqanclıqla qarşılanır. Onlar soydaşlarımızın, seçicilərin öz Prezidentinin ünvanına söylədikləri qürurverici sözlər, təriflərə ağız büzürlər. Hər şeyi qara rəngdə görən bu qara qüvvələrə bildirmək istəyirəm ki, xalqla Prezidentin arasına girə bilməzsiniz. Bu möhtəşəm birliyin, bərabərliyin altında qalıb əzilərsiniz.
Prezident bizim kimi insandır. Onun da qəlbi, hissləri, duyğuları var. O da, xidmətlərinə görə layiq olduğu xoş sözləri eşitmək istəyir. Bu insan təbiətinə xas olan bir məsələdir. Psixologiya elminin də öyrətdiyi kimi, insana layiq olduğu dəyəri verdikdə bu onda həm xoş təəssürat yaradır, motivasiyasını daha da artırır, onu daha böyük qələbələrə ruhlandırır. Bir sözlə, Prezidentin fəaliyyəti cəmiyyəti məmnun etdiyi kimi, xalqında xoş sözləri, obyektiv qiymətləri dövlət başçısı üçün bir stimuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB