"Ermənistan danışıqların konstruktiv məcrada aparılmasını istəmir" - ŞƏRH ÖZƏL
“Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi nəzdində görüşlərin keçirilməsi üçün Rusiya vasitəçilik səylərini gücləndirir. Amma Ermənistan danışıqlarda qeyri-konstruktiv bir mövqe sərgiləyir. Ermənistan siyasi rəhbərliyi danışıqlar prosesində sanki danışıqlar naminə danışıqlar tezisi ilə çıxış edirlər və danışıqlar prosesinin konstruktiv məcrada aparılmasına heç bir töfhə vermirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O söyləyib ki, erməni tərəfi əksinə hər bir danışıqdan, görüşdən sonra çox səviyyəsiz və eyni zamanda distruktiv dezinformasiyalar yayırlar və görüşlərin əhəmiyyətini onsuz da radikal erməni ictimai rəyi qarşısında aşağılamağa çalışırlar: “Son görüş də məhz bu cür olub. Ermənistan Xarici İşlər naziri görüş haqqında çox qərəzli fikirlər səsləndirib. Hətta uydurma bir bəyanatla çıxış edərək bildirib ki, yalnız 2018-ci ildən sonra effektli danışıqlar prosesi başlanılıb. Ona qədər hər hansı danışıqlar aparılmayıb. Bu ya danışıqlar prosesini dərindən bilməməkdən qaynaqlanır, ya da ki, qərəzəli surətdə danışıqlar prosesinin mahiyyətini sarsıtmağa, əhəmiyyətini azaltmağa yönəldilmiş provokasiyalardır. Ermənilər danışıqların nəticəverici məcraya çatdırılmasına mane olmaqdadırlar. Bu isə bölgədə yeni müharibə vəziyyətini yaranması təhlükəsini artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB