Şurada maliyyələşən layihələrin rəhbərləri və mühasibləri üçün təlimlər davam edir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlər davam edir.
Qurumdan SİA-ya verilən xəbərə görə, bu gün iki növbədə təhsil məsələlərinə dair təşəbbüslər istiqamətində maliyyələşdirilən 30 QHT-nin layihə rəhbərləri və mühasiblərinə təlimlər keçirilib.
Layihə idarəetməsilə bağlı təlimi aparan Şuranın əməkdaşı Nigar Ağakişiyeva iştirakçılara layihənin idarə olunması prosedurları ilə bağlı təlimatları, layihənin icrasında diqqət yetirilməli əsas məqamları açıqladı, eləcə də layihənin icrasından effektli nəticələrin əldə edilməsi üçün tövsiyələr verib.
Təlimin ikinci yarısını aparan Şura əməkdaşı Şahin Məhərrəmov QHT-də ilkin və mühasibat uçotunun təşkili və MMUS-un tələbləri haqda məlumat verib, maliyyə vəsaitindən istifadə qaydaları, maliyyə hesabatlarının tərtibi, hesabatvermə, maliyyə hesabatının təsviri hesabatla uyğunluğu barədə təlim iştirakçılarını maarifləndirdi və qaydalara riayət etməyənlər üçün görülən tədbirlər haqqında danışıb.
Təlim iştirakçıları qarşısında, həmçinin, Şuranın icraçı direktoru F.Qurbanov və baş mühasib T.Həsənov çıxış edərək mövzularla bağlı öz fikirlərini bölüşübər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması təşəbbüsləri istiqamətində maliyyələşdirilən layihə rəhbərləri və mühasibləri üçün keçiləcək növbəti təlimlər aprelin 21-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB