Mövzu ətrafında məsləhətləşmələr davam edir RUSIYA XIN

Mövzu ətrafında məsləhətləşmələr davam edir RUSIYA XIN

"Dağlıq Qarabağ məsələsinin nizamlanmasına mövcud çərçivədə baxmaq lazımdır". SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Ermənistanın xarici işlər idarəsinin rəhbəri Zoqrab Mnasakanyanın Qarabağ məsələsinin həllində “Azərbaycana ərazi güzəştinin edilməyəcəyi” ilə bağlı fikirlərini şərh edərkən qeyd edib.

“Bizim - Rusiya, ABŞ və Fransa olaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi dəfələrlə birgə bəyanatlar şəklində səslənib”, qeyd edilən şərhdə bildirilir ki, bunun təməlində gücdən istifadə edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını həll etmək hüququnu əks etdirən Helsinki yekun aktının prinsipləri dayanır.

“Bu bəyanatlarda nizamlanma elementləri arasında Dağlıq Qarabağ ətrafında yerləşən ərazilərin geri qaytarılması həmçinin Dağlıq Qarabağın hüquqi statusunun əhalinin iradəsi yolu ilə birdəfəlik həll olunması əsasları dayanır”, bildirilən bəyanatda o da qeyd olunur ki, əvvəllər və indi də baxılan sənədlərə və təkliflərə gəlincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov onları sadalayıb.

Rusiya XİN qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kifayət qədər həssas məsələdir. Həmçinin bildirilib ki, onu ictimai sferaya keçirmək heç bir səmərə verməyəcək: “Bundan nəticə çıxararaq, tənzimlənməyə mövcud format çərçivəsində aparılan danışıqlar əsasında baxmaq lazımdır. Mövzu ətrafında məsləhətləşmələr davam edir və bunu aprelin 21-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin həmsədrlərlə birgə keçirdikləri video-konfrans da təsdiq edir”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə