Erməni yalanlarına cavab olaraq alimlərin “Tarixin gerçək və yalan üzü” toplusu hazırlanıb

Erməni yalanlarına cavab olaraq alimlərin “Tarixin gerçək və yalan üzü” toplusu hazırlanıb
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) tərəfindən erməni yalanlarına bir növ cavab olaraq alimlərin yazdıqları həqiqətləri, eyni zamanda Azərbaycanda ermənilərin törətdikləri qətliamları, faciələri özündə əks etdirən məqalələr toplusu hazırlanıb. Bu barədə SİA-ya açıqlamasında AJQA-nın sədri Sevil Yusifova məlumat verib. O bildirib ki, yeni nəşr "Tarixin gerçək və yalan üzü" adlı topludur. Bu nəşrdə həm Azərbaycandan, həm də Gürcüstandan olan 10-dan çox müəllifin adının olacağını deyən S.Yusifovanın sözlərinə görə, Cəmil Həsənli, Musa Yaqublu, Əhməd Sanıcın, eyni zamanda gənc alimlərin də əsərləri var.

Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Ermənilərin Qafqaz evi və ermənilər" adlı konfransın keçiriləcəyini deyən assosiasiya sədr vurğulayıb ki, konfrans Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, AMEA İnsan Hüquqları İnstitutu və "Müasir İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

"Gürcüstandan 4 tarixçi alim bu konfransda iştirak etmək üçün Azərbaycana gələcəklər. Onlar ermənilərin Qafqazda həmişə birliyə mane olan bir faktor olduğunu və hər zaman fitnə-fəsad törətdiklərini öz elmi əsərlərində dəfələrlə sübut etmiş insanlardır. Bu tədbirdə ermənilərin nə üçün Qafqazda sabitləyə mane olduğunu araşdıracaq, eyni zamanda, oradakı materiallar, çıxışlar jurnalistlər üçün stolüstü vasitəyə çevriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə