"Vergi güzəştləri ağır sınaqlardan çıxmaq üçün tətbiq olunur" ÖZƏL-MÜNASİBƏT
Bir çox dövlətlərdə olduğu kimi Azərbaycan da bu koronavirusla bağlı çətinliklər yaşayır və bir çox ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə itisadiyyat çökür, işsizlərin sayı artır, sosial problemlər yaranır. Bu sözləri SİA müsahibəsində politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan iki istiqamətdə bu günədək fəaliyyət göstərir. “Azərbaycan dövləti və Prezidentin qərarları bu iki istiqamətə yönəlib və birinci istiqamət koronavirusla mübarizədir ki, bu çətinliyi adlamaqdır və çox yaxşı haldır ki, bu mübarizədə bizim uğurlarımız var. Prezidentin zamanında qəbul etdiyi qərarlar bizə imkan vermədi ki, o ağır sınaqlarla üzləşək. Artıq biz deyə bilərik ki, biz bu koronavirus təhlükəsindən, ümumilikdə təhlükədən qorunduq. İndi elə etmək lazımdır ki, ümumiyyət biz bu xəstəlikdən qurtulaq və buna doğru da gedirik.
İkinci istiqamət iqtisadi və sosial sahədir. Bu istiqamətdə də zəruri işlər görülür, yardımlar ayrılır və dövlət başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, sahibkarlar heç kimi işdən çıxarmasın və bu da çox önəmlidir. Dövlət strukturlarında işləyənlərin əmək haqqları verilir, sahbkarlara yardımlar nəzərdə tutulur, sosial təminatlar var ki, ehtiyaclı təbəqəyə müəyyən yardımlar, maliyyələr verilir.
Növbəti istiqamət də qeyd olunduğu kimi, kiçik və orta sahibkarlığa dəstəkdir. İstənilən dövlətin inkişafı kiçik və orta sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Azərbaycanda son illərdə kiçik və orta sahibkarlıq inkişaf edib, müxtəlif sahələrdə boşluqlar doldurulub. Amma indi qeyd etdiyim kimi müəyyən çətinliklər var və bu baxımdan kiçik və orta sahibkarlığa dəstək vacibdir. Dövlətin qərarı ilə, Cənab Prezidentin qərarı ilə bu dəstək verilir, vergi güzəştləri tətbiq olunur ki, bu ağır sınaqdan biz çıxaq. Çünki, yenə də təkrar edirəm, Azərbaycanın gələcək inkişafı da qeyri-neft sektoru ilə bağlıdır ki, bunu da Cənab Prezident dəfələrlə vurğulayıb. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün isə orta və kiçik sahibkarlığın inkişafı vacibdir ki, məhz onlar büdcənin doldurulmasında fəal iştirak etsinlər. Çünki, artıq biz görürük ki, gələcək də neftə, neftin qiymətlərinə ümid etmək olmaz. Büdcədə neftin qiymətləri Azərbaycanda 65 dollara qədər aşağı salınmışdı və indi görürük ki, baş verən hadisələr nəticəsində qara qızılın qiyməti 10-12 dollardan da aşağı səviyyəyə düşüb. Ona görə də gələcəkdə biz elə hesab etməliyik ki, sanki bizim neftimiz yoxdur və Cənab Prezident də bunu dəfələrlə deyib. Yəni, neft bir gün tükənəcək və qeyri-neft sektoru o dərəcədə inkişaf etməlidir ki, əsas gəlirlərimiz oradan gəlməlidir. Bu əsas gəlirləri təmin edən məhz kiçik və orta sahibkarlıq olacaq, necə ki, indi də onu təmin edir. Bu vergi güzəştləri də məhz bununla bağlıdır”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB