“Vergi güzəştləri ölkə rəhbərinin sahibkarlara diqqətinin, qayğısının ifadəsidir” ÖZƏL-MÜNASİBƏT
"Vergi güzəştlərinin verilməsinin əsasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kiçik və orta sahibkarlığa qayğısı, diqqəti, həm də dəstəyi durur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili qeyd edib ki, koronavirus pandemiyası zamanı nəinki müəyyən dövlət orqanlarında işləyən insanlar eləcə də sahibkarlar, xüsusilə orta və kiçik sahibkarlıqla məşğul olanlar ciddi maliyyə zərəri ilə üzləşiblər və ona görə də bu sahibkarlığı inkişaf etdirmək, dəyən zərərin müəyyən hissəsini ödəmək üçün ayrılan vəsaitlər, eləcə də edilən bu güzəştlər çox vacibdir: “Əlbəttə ki, güzəştlər bir çox sahələri əhatə edir. Ancaq ölkə Prezidenti həmişə xatırladır və qeyd edir ki, Azərbaycan orta və kiçik sahibkarlıq inkişaf etdirilməlidir. Çünki, insanların əksəriyyəti, daha çox hissəsi bu sahə ilə məşğuldur və orta, eləcə də kiçik sahibkarlığa münasibətin yaxşılaşdırılması ölkə iqtisadiyyatının inkişafı üçün, həmçinin iri sahibkarlığın inkişafı üçün çox vacib olan məsələdir. Ona görə ki, orta və kiçik sahibkarlığı inkişaf etdirmədən biz gələcəkdə daha böyük uğurlara nail ola bilmərik. Beləki, dünya təcrübəsi də bunu göstərir ki, bütün inkişaf etmiş ölkələrdə öncə orta və kiçik sahibkarlığın inkişafına diqqət yönəldilir və bunun əsasında artıq orada iri sahibkarların, iri müəssisələrin, obyektlərin yaranması imkanı əldə olunub. Ona görə də bu güzəştlər dediyim kimi, ilk növbədə bu sahibkarlara dəyən o zərərin ödənilməsi üçün çox vacibdir. Düzdür, ölkə rəhbərinin tapşırığı ilə müəyyən maliyyə vəsaitləri ayrılıb bu sahəyə. Ancaq müəyyən vergi güzəştlərinin olması da artıq daha bir dəstək, daha bir qayğı olaraq diqqət mərkəzindədir. Əlbəttə ki, bu, vətəndaşlar tərəfindən də, ələlxüsus sahibkarlar tərəfindən də çox böyük rəğbətlə qarşılanır. Bir daha deyirəm ki, bu vergi güzəştləri ölkə rəhbərinin orta və kiçik sahibkarlara diqqətinin, qayğısının ifadəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB