Əli Kərimlinin “müraciəti” niyə dəstəklənmədi? FOTO

Əli Kərimlinin “müraciəti” niyə dəstəklənmədi? FOTO

AXCP sədrinin yalanları və saxtakarlıqları ictimai rəyi bezdirib

Sirr deyil ki, sosial şəbəkədə yalnız özü tərəfindən yazılan yazıları ictimailəşdirən AXCP sədri Əli Kərimli hətta qurama sədri Cəmil Həsənlinin “fikirlərini” də öz düzüb-qoşur. Belə ki, bu arada onun növbəti sosial şəbəkə hoqqası bəlli olub. Məsələ ondadır ki, “axecepenin” sədrinin dirijor çubuğu ilə idarə edilən Cəmil Həsənli guya “müraciət” ünvanlayıb. Daha doğrusu yalnız özünütərifə, yəni “bəytərifinə” hesablanmış “müraciətin” C.Həsənli tərəfindən deyil, Ə.Kərimlinin özü tərəfindən yazılması dərhal ortaya çıxıb.

Onların heç biri Azərbaycanın gerçək ictimaiyyətini təmsil etmirlər

Guya C.Həsənli bossu Ə.Kərimlinin “blokadaya” alınmasını əks etdirən fikir yazıb və onun başlığını "İctimaiyyət Əli Kərimlinin açıq müdafiəsinə qalxdı" kimi qoyub. Hətta həmin “müraciətə” guya 29 nəfər də “imza” atıb (?-R.R.) Əslində o da məlum olub ki, demə Ə.Kərimlinin C.Həsənlinin adı ilə yazdığı qızma-qaranın altında adları çəkilən şəxslərin imzaları da yazı kimi saxtadır. Yəni sadə, heç bir siyasi mənsubiyyəti omayan şəxslərə ümumiyyətlə aidiyyatları yoxdur...

Həmin 29 nəfərin 15-i “Milli Şura” üzvü, 5-i AXCP üzvü, 9-u isə bu və ya digər şəkildə Ə.Kərimlinin qrant şəbəkəsinə daxil olan trollardır. Onların heç biri Azərbaycan ictimaiyyətini təmsil etmirlər. Hətta, aralarındakı 10 nəfəri Azərbaycanda yaşamır. Lakin o da maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri bu müraciəti saxta hesab ediblər. Bu isə növbəti dəfə bir reallığı üzə çıxardı – AXCP sədri Ə.Kərimli saxtakarlığı və yalanları ilə artıq sağlam düşüncəli ictimai rəyi də sözün əsl mənasında bezdirib...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə