Avropa İttifaqı Liviyada hərbi əməliyyatlarda iştirak edə bilər

Avropa İttifaqı Liviyada hərbi əməliyyatlarda iştirak edə bilər
Avropa İttifaqı Liviyada hərbi əməliyyatlarda iştirak edə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
Avropa Komissiyasında vurğulanır ki, burada söhbət ilk növbədə humanitar missiyadan gedir. Aİ Misurata və Adzhdabiyu şəhərlərini təhlükəsiz humanitar yardımlarla təmin etmək niyyətindədir. Lakin bunun üçün BMT-nin müvafiq qərarı olmalıdır.
Hazırda Liviyada ağır mübarizə davam edir. Misurata və Adzhdabiyu şəhərlərindən yerli əhali qaçır, çünki Qəddafi qoşunları gecə-gündüz həmin şəhərlərə atəş açırlar. Müxalifətin döyüşçüləri isə müdafiəni sona qədər davam etmək fikrindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə