“Bütün müvafiq orqanları dərhal Ermənistanın baş naziri Nikol Paşinyanın yolverilməz davranışına lazımi hüquqi qiymət verməyə çağırırıq”. SİA news.am-a istinadən xəbər verir ki, bu barədə feysbuk sosial şəbəkəsində Ermənistanda fəaliyyət göstərən “Hüquqi yol” QHT-si bəyanat yayıb. Bəyanatda əsasən bildirilir: “Biz, baş nazirin aprelin 19-da canlı yayım vasitəsi ilə Konstitusiya məhkəməsinin hakimlərinin, ümumi hakimlərin, dövlət qulluqçularının, jurnalistlərin və siyasi opponentlərinin ünvanlarına səsləndirdiyi bəyanatından dərin narahatlıq hissi keçiririk. Bir sıra hüquqi və etik nöqteyi-nəzərindən çıxış edərək, vəzifəli şəxsin, xüsusən də hökumət başçısının bu cür davranışı yolverilməzdir”.
“Bu nitqi qanunun tələblərinin, ictimai əxlaq normaların, məhkəmələrin azadlığının, mətbuat azadlığının və dövlət xidmətinin hüquqi qarantiyalarının kobud şəkildə pozulması kimi qiymətləndidirik. Hüquq müdafiəçilərinin fəaliyyətsizliyi dövlətçilik institutlarının delegitimləşdirilməsinə və tədricən özünüməhvinə aparıb-çıxaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB