Respublikanın bütün guşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edirlər. Onlar koronavirusla mübarizədə dövlətimizin başçısının atdığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər. SİA Prezidentin saytına istinadla həmin məktublardan daha birini təqdim edir. Ucar rayonu, Boyat kəndindən şəhid ailəsinin üzvü olan Şamil Əliyev yazır:
“Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda səmərəli qabaqlayıcı tədbirlər görülmüşdür.Siz Azərbaycan vətəndaşlarının, eləcə də şəhid ailələrinin sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirsiniz. İnanırıq ki, Sizin müdrikliyiniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır.
Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi dövlət başçımızla qürur duyuruq. Uca Tanrı Sizi və ailənizi qorusun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB