"Mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram" Prezidentə yazırlar

"Mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram" Prezidentə yazırlar

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA xəbər verir ki, Masallı rayonu, Türkoba kənd sakini Füzuli Abdullayev dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir:

“Çox hörmətli cənab Prezident.

Belə çətin günlərdə xalqımızın yanında olub, onun hər bir problemi ilə maraqlanıb həlli istiqamətində tapşırıqlar verdiyinizə görə mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram. Xüsusilə də, koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilib məqsədəuyğun qərarlar verməyiniz bizi çox sevindirir. Hər çıxışınızda xalqımızın sağlamlığının Sizi nə qədər düşündürdüyünü, nə qədər narahat etdiyini hiss edirik.

Xalqımızı, millətinizi bu qədər sevdiyinizə və önəm verdiyinizə görə Sizə minnətdarıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə