"Bu çətin vaxtda bizə öz qayğınızı əsirgəmirsiniz" MİNNƏTDARLIQ

"Bu çətin vaxtda bizə öz qayğınızı əsirgəmirsiniz" MİNNƏTDARLIQ

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Masallı rayon sakini Şəhriyar Cəfərlinin Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:

Hörmətli cənab Prezident!

Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnatdarlıq etməkdir. Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz. Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə