Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 18-də saat 18.51-dən 19.05-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.45-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə