Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi RƏSMİ
Milli Məclisin aprelin 24-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Parlamentin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu SİA-ya açıqlamasında deyib ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib.
O bildirib ki, deputatlar ilk növbədə Ombudsmanın illik məruzəsi, sonra "Torpaq icarəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlara dəyişiklik ediləsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli qanunu ilə təsdiq edilən "Yaşayış yer və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi haqqında Əsasnamədə" dəyişiklik edilməsi haqqında qanun layihəsi "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanunlara dəyişiklik edilməsi və dgər layihələr barədə müzakirə aparacaqlar.
Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 11-00-da başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB