RİTN işə qəbulla bağlı müsahibə elan edir

RİTN işə qəbulla bağlı müsahibə elan edir

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir.


Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.


Müsahibədə iştirak etmək üçün ərizə formasını və ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet-portalının (www.mincom.gov.az) "Vakansiyalar" bölməsindən əldə etmək olar.


Ərizələrin qəbulu 14.04.2011-ci il tarixindən 28.04.2011-ci il tarixinə kimi saat 18:00-dək Nazirliyin Kadrlar və əməyin mühafizəsi sektoru tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə