DYP: "Bu gün və sabah Bakıda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq"
Rumıniya Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakıda bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov deyib. O, qeyd edib ki, bu gün saat 18:00-dan tədbir başa çatanadək Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft meydanı, Niyazi, İstiqlaliyyət, Teymur Elçin və Gülüstan sarayı istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Eyni zamanda sabah səhər saat 09:00-dan etibarən İstiqlaliyyət, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Parlament prospekti, Fəxri xiyaban, Şəhidlər xiyabanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək: "Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB