"Görülən işlər hamısı əhalimizin sağlamlığı, yaşaması və qorunması üçündür" ÖZƏL-MÜNASİBƏT

"Görülən işlər hamısı əhalimizin sağlamlığı, yaşaması və qorunması üçündür" ÖZƏL-MÜNASİBƏT

"Hesab edirəm ki, aparıcı inkişaf etmiş dövlətlər sırasında Azərbaycan məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən işlərə görə ən yüksək yerlərdən birini tutur. Yəni bu göz qabağında olan faktlardır, rəqəmlərdir və göstəricilərdir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, koronovirus pandemiyasının başlandığı, elan olunduğu ilk günlərdən Azərbaycan dövlət başçımızın rəhbərliyi ilə əhalimizin məşğulluğu, sosial müdafiəsi, aztəminatlı ailələrlə, sosial qayğıya ehtiyacı olan, iş yerini itirmiş, işindən məhrum olunmuş insanlarla bağlı və s. hamısı nəzərə alınmaqla Azərbaycanda bir-birimizin ardınca dövlət səviyyəsində çox vacib, dəyərli işlər aparılır: "İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Cənab Prezidentimiz dünən, o biri gün də bəyan etdi və bir daha tapşırıq verdi ki, birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə çox geniş məlumat verdi və izahat işləri aparıldı. Burada söhbət 720 min ailənin təminatından gedir. Hansıki bu ailələrin demək olar ki, heç bir yerdən əlavə gəliri yoxdur. Bu məsələlər hamısı dövlətimizin diqqətindədir. Ölkə başçısı bir daha tapşırıq verdi ki, təkcə ötən aprel ayı üçün yox, may ayı üçün də bu təminatlar nəzərdə tutulur. Yəni görülən işlər nə varsa hamısı əhalimizin sağlamlığı, yaşaması və qorunması üçündür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə