Deputat köməkçilərinin işə götürülməsi niyə gecikir? RƏSMİ MÜNASİBƏT

Deputat köməkçilərinin işə götürülməsi niyə gecikir? RƏSMİ MÜNASİBƏT

Millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deputat köməkçilərinin işə götürülməli olduğunu bildirib. SİA-nın xəbərinə görə, plenar iclasda çıxış edən millət vəkili deyib: “Rayondakı köməkçimə bir söz deyə bilmirəm. Çünki rəsmi olaraq işdə deyil. Biz artıq camaatla işimizi necə qurmalı olduğumuzu müəyyənləşdirməliyik. Bizə seçicilərimizlə görüşmək imkanı da yaradılmalıdır. Deputatların rayonlara getməsi üçün rəsmi icazə olmalıdır”.

Məsələyə münasibət bildirən spiker Sahibə Qafarova hələ bir çox deputatın sənədlərinin hazır olmadığını dilə gətirib: “Çox təəssüf ki, bəzi deputatların köməkçiləri Bakı qeydiyyatında olsa da, guya hansısa rayonda deputat köməkçisi kimi fəaliyyət göstərmək istəyir. Yəni bir çox sənəd qaydasında deyil. Yəni yeganə problem sənədlərin qaydasında olmamasıdır. Biz fərdi olaraq, heç bir deputatın köməkçisini qeydiyyata ala bilmərik. Deputatlar da məsələnin həllində iştirak etsinlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə