"AŞPA-nın susqunluğu Azərbaycanı bir daha düşündürməlidir" ÖZƏL-MÜNASİBƏT

"AŞPA-nın susqunluğu Azərbaycanı bir daha düşündürməlidir" ÖZƏL-MÜNASİBƏT

"Dağlıq Qarbağda erməni separatşılarının keçirdiyi “seçkilərə” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) susqunluğu əlbəttə ki, Azərbaycanı bir daha düşündürməlidir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"Cənab Prezident də haqlı olaraq 2020-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə bu məsələyə sərt reaksiya verdi. Həqiqətən də AŞPA üzv dövlətlərin daxilində baş verən proseslərə həmişə həssas yanaşıb və istənilən məsələyə reaksiya verib. Xüsusən də insan haqları, demokratiya, seçkilər və s. məsələlərdə AŞPA heç vaxt susqunluq nümayiş etdirməyib. Üstəlik də əgər Azərbaycandan söhbət gedirsə, ölkəmizi ən adi məsələlərdə belə kəskin tənqid etməkdən çəkinməyib. İndi Dağlıq Qarabağda işğalçı ermənilərin “seçki” adı altında bir teatr tamaşasına AŞPA-nın belə reaksiyasız qalması əlbəttə ki, düşündürücüdür. Bir daha onu təsdiq edir ki, bu qurum və buna bənzər qurumlar yenə də ikili standartlardan çıxış edirlər, qeyri-obyektiv davranırlar və yenə də işğalçını həvəsləndirəcək susqunluq nümayiş etdirirlər. Düşünürəm ki, Azərbaycan Prezidentinin bu mövqeyini Azərbaycan Parlamenti ciddi şəkildə diqqətə almalı və AŞPA ilə birbaşa işləyən qurum olaraq həmin təşkilata kəskin etirazlar seli yönləndirilməlidir. Yəni bizim AŞPA-da iştirak edən deputatlarımız, parlamentin bütün üzvləri öz kanalları ilə AŞPA-ya etirazlarını göndərməlidirlər və AŞPA üzvü olan ayrı-ayrı ölkələrin deputat qrupları ilə iş aparmalıdırlar"-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə