Dünya tarixinə təsir edən bir sıra hadisələrin arxasındakı sirr pərdəsi etibarlılığını heç zaman itirmir. Aşağıdakılar onlardan yalnız bir neçəsidir.
Sunami kimin işidir?
2004-cü ildə Hind okeanında meydana gələn nəhəng dalğalar bu gün də müzakirə edilməkdədir. Sunamini əslində İsrail və ABŞ-ın birgə istehsalı olan nüvə bombanın sınağı zamanı meydana gəldiyini iddia edənlərin sayı hər keçən gün artır. Misir və Orta Şərqin digər ölkələrində çıxan bir çox qəzetlər hesab edir ki, ABŞ və İsrail bu sınağı müsəlmanlara zərər vermək üçün hücum səviyyəsinə qədər qaldırmağı bacarıb. Təbii fəlakətmi, tanrının qəzəbimi, yoxsa məqsədli bir hücumdurmu? Kimsə bu suala konkret cavab verə bilmir.
Prel Harbor
Tarixə məlumatlara görə, yaponlar 1941-ci il dekabrın 7-də ABŞ-ın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək elan edilməmiş müharibəyə başladılar. Bu hücum heç şübhəsiz ABŞ-ın tarixindəki ən faciəvi hücum idi. İddialara görə, ABŞ-ın öz-özünə etdiyi bir hücum idi. Prezident Ruzveltin hücumdan xəbəri olduğu və qəsdən bu hücuma göz yumduğu deyilir. Məqsəd isə İkinci Dünya Müharibəsinə qoşulmaq üçün bəhanəni əldə etmək idi. Deyilənə görə Koreya, Peru və İngiltərə hökuməti Vaşinqtonu xəbərdar edib. ABŞ hər nə qədər atom bombası ilə intiqamını alsa da aydındır ki, bu hadisənin arxasında da bir çox gizli məqamlar var.
Gizli silah
Qısa adı HAARP olan və ABŞ tərəfindən ionosferin xüsusiyyətlərini araşdırmaq üçün Alyaskada inkişaf etdirilən proqram çoxlarının diqqət mərkəzindədir. Proqramın məqsədinin heç də dinc xarakterli olmadığı deyilir. Bunun əslində hərbi məqsədli layihə olduğunu iddia edənlər var. İddialara görə, Alyaskada inkişaf etdirilən xüsusi bir silah atmosferə xüsusi dalğalar yayır. Bu dalğalar nəzarət altına alınmaqla istənilən zaman zəlzələlər və ya təyyarə qəzaları yaratmaq mümkündür.
Görünməz vertolyot
1990-cı illər texnologiyasının hərbi güclər tərəfindən istifadə edildiyinə dair ehtimallar var. Səssiz və radara yaxalanmayan kəşfiyyat vertolyotları ilə bağlı 1970-ci illərdəki iddialar 90-cı illərdə də ortaya çıxdı. Avropa Birliyi və ABŞ-ın bu vertolyotlardan casusluq məqsədi üçün istifadə etdiyi, onların UNO-ların texnologiyası ilə təchiz olunması ilə bağlı iddialar heyrətləndiricidir.
Qlobal istiləşmə axmaqlığı
Bəziləri hesab edir ki, qlobal istiləşmə insan beyninin uydurmasıdır. Belə ki, bunun arxasında dünya əhalisini daha yüksək vergilərə alışdırmaq və daha avtoritar bir rəhbərliyin dünyaya hakim olması istəyinin durduğu qeyd edilir. Belə bir tezisə söykənənlər qeyd edirlər ki, tempuratur dünya miqyasında 1998-ci ildən nəinki sabitləşib, əksinə düşüb.
Laboratoriya canavarı
Dünyanın nüfuzlu kəşfiyyat təşkilatları ilə əlaqədar çoxlu nəzəriyyələr var. Ən çox müzakirə olunan təşkilat isə şübhəsiz ki, Amerika Milli Kəşfiyyat İdarəsidir. 11 sentyabr hücumunun arxasında da bu təşkilatın, eyni zamanda İsrail kəşfiyyatı MOSSAD-in olduğu iddia edilir. Professor Villyam Kampellin ortaya atdığı iddia isə qorxunc, amma eyni zamanda düşündürücüdür. Kampellə görə AİDS virusu dünya əhalisini azaltmaq üçün keçmiş SSRİ və ABŞ-ın kəşfiyyat orqanları tərəfindən Dünya Sağlamlıq Təşkilatı ilə birlikdə laboratoriyada hazırladığı silahdır.
MOSSAD-ın işi
Con Kennediyə edilən sui-qəsdlə bağlı irəli sürülən versiyalardan biri də sui-qəsdin İsrail kəşfiyyat orqanı MOSSAD tərəfindən həyata keçirilməsidir. Bunu isə Kennedidən sonra gələn prezident Lyndon Consonun İsrailə olan böyük yaxınlığı ilə əsaslandırırlar. Həmin tarixə qədər ABŞ-ın prezidentləri arasında ən çox İsrail tərəfdarlığı olan Conson, ilk dəfə İsrailə böyük miqdarda silah yardımı edib. O, 1967-ci il müharibəsində İsrailə gizli yollarla silah və canlı qüvvə göndərib. Bu sui-qəsd nəzəriyyəsini dəstəkləyən yazar Paul Findley "İsrail hökuməti Conson prezident olsa hər şeyin lehinə çevriləcəyini bilirdi və belə oldu. Kennedinin ölümündən sonra ABŞ ilk dəfə İsrailə çox geniş miqyasda silah göndərməyə başladı" deyir.
Harold Vilson Sovet agentidirmi?
Sonradan ABŞ Milli Kəşfiyyat İdarəsinə informasiya sızdıraraq ABŞ-a sığınan sovet mühaciri Anatoli Qolitsin İngiltərədə 1964, 1966 və 1974-cü illərdə baş nazirlik etmiş Harold Vilsonun əslində SSRİ kəşfiyyatının agenti olduğunu bildirib. Vilsonun əzəli rəqibi olan Hug Geskellin də sovet kəşfiyyatı tərəfindən öldürüldüyü və bununla da Vilsonun İşçi Partiyasının rəhbərliyinə gəldiyi irəli sürülən iddialar arasındadır. BBC-nin 2006-cı ildə verdiyi bir yazıda 1974-cü ildə Vilsona qarşı hərbi çevrilişin planlaşdırıldığı vurğulanmışdı.
Turqut Özal öldürüldümü?
Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Versiyaların əksəriyyətində Özalın öldürüldüyü bildirilir. Aradan keçən illər bu versiyaları daha da gücləndirib. Xüsusilə mərhum prezidentin həyat yoldaşı Semra Özalın dedikləri düşünməyə əsas verir: "Turqut bəy böyük türk birliyini reallaşdırmaq istəyirdi. Buna görə də öldürüldü. Ölümdən bir gecə əvvəl bir sərgiyə qatılması üçün ona təzyiq edildi. Orada israrla heç sevmədiyi halda limonadı içiriblər".
İnsan üçün kiçik, insanlıq üçün böyük bir yalanmı?
16 iyul 1969-cu ildə nə oldu? Amerikalı kosmonavt Neil Armstronq Aya ayaq basdımı? Yoxsa bu ABŞ-ın dünyaya və xüsusilə keçmiş SSRİ-yə gücünü göstərmək üçün irəli sürdüyü böyük bir ssenari idi? Bu məsələ hələ də müzakirə edilir və ortaya çoxlu suallar çıxır. Ay səthində istilik 280 dərəcəyə çatır. 1960-cı illərin texnologiyası ilə hazırlanan fotoaparat kağızı yanmalı idi. O illərdə radiasiyanın qarşısını alan paltarlar olmadığı halda kosmonavtlar necə qoruna bildilər? Ayda atmosfer olmadığı üçün külək də ola bilməzdi. Bu halda ABŞ bayrağı necə dalğalana bilər? Fotoşəkillərdə səmadakı ulduzları niyə görə bilmirik?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB