“Anti-milli ünsürlər bu dövlətin də, xalqın da düşmənləridir”

“Anti-milli ünsürlər bu dövlətin də, xalqın da düşmənləridir”

““Milli Şura” adında ləkənin Azərbaycan siyasətinə heç bir dəxili yoxdur” Bəlli olduğu kimi aprelin 14-də Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Cənab Prezident ölkədəki iqtisadi durumdan, koronavirusun iqtisadiyyata təsirlərindən danışıb və müxalifətin dağıdıcı və düşmən mövqedə olduğunu bildirib. Söhbət etdiyimiz müsahiblərimiz Prezidentin müxalifətlə bağlı fikirlərinin əsaslı olduğunu bildirdilər.

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev: “Radikal nadürüstlərə qarşı susqun qalmaq olmaz”

- Azərbaycanın inkişafını gözü götürməyənlər, xaricdən gələn maliyyə ilə yemlənənlər, aldıqları qrantların hesabatını vermək üçün dəridən-qabıqdan çıxanlar, “internetim və telefonum bağlandı”- deyə absurd və sərsəm açıqlamalarla çıxış edənlər, gündəmə gəlməyə çalışanlar, ən həssas vəziyyətdə də öz nadanlıqlarına, riyakarlıqlarına, namərdliklərinə, nakişiliklərinə ara verməyənlər, demokratiyanın “d” hərfindən belə xəbərdar olmayanlar, satqınlar, anti-milli ünsürlər bu dövlətin də, xalqın da düşmənləridir. Onları məhz öz adları ilə çağırmaq lazımdır. Onlara məhz öz adları ilə müraciət etmək lazımdır. Adları və ayamaları ilə. Radikal nadürüstlərə qarşı susqun qalmaq olmaz, mövqe bildirmək lazımdır. Dövlətçilik artibutlarınının, dövlətin sabahının və gələcəyinin qəsdinə duranlar, siyasi mübarizəni mənəviyyatsızca aparanlar cəmiyyətdən də, siyasətçilərdən də anındaca sərt və davamlı təpki görməlidir və görür də! “Milli Şura” adında ləkənin Azərbaycan siyasətinə heç bir dəxli yoxdur. Olmayıb. Olmayacaq! Onlar tarixin zibilliyində belə özlərinə yer tapa bilməyəcəklər. Çünki zibilxana belə onlara çoxdur. İnsan bu qədər qaramat olmaz. İnsan bu qədər hər şeyi qara görməz, qaralamaz. İnsan bu qədər hallusinasiyalara qurşanmaz. Əli Kərimli hər gün bir şou göstərir, usanmadımı, yorulmadımı? Ay telefonumu bağladılar, ay internetimi kəsdilər, ay admin heyəti belə yazdı, ay “Azadlıq” radiosuna bunu söylədim. Sən siyasətçisən, yoxsa janqlyor? Bəsdir də, sirk nömrələri göstərdin. Yoxsa elə bilirsən, bu avantüraların hər yerdə və hamı üçün keçərlidir? Seçkidə yoxsan. Dialoqa çağırılan kimi anındaca ilim-ilim itirsən. Yəni, üzbəüz, dəyirmi masada da yoxsan. Regionda yoxsan. İnsanların arzularında, yanında yoxsan. Tədbirdə yoxsan. Xeyirdə yoxsan, şərdə yoxsan. Bəs sənin varlığın nə vaxt, nə ilə ehtiva və realizə olunur, a bəy? Yalnız “facebook”da sərgilədiyin populizmləmi? Hansısa beynəlxalq təşkilatın ya da qurumun cibindən boylanan baxışlarınlamı? Palto və kostyum üzərindən geyindiyin köynəklərin rəngi iləmi? Bölgədə və dünyada baş verən inqilabların uğursuz variantda tutuquşuluğunu eləməkləmi? Düşmənsiz siz. Gerçək anlamda düşmən. Və bu düşmənçiliyə görə zaman gələcək, tarix sizi məşhər ayağına çəkəcək. Buna əmin ola bilərsiz.

"Yurddaş" Partiyasının sədri Mais Səfərli: “Bəli, Prezident İlham Əliyevin dediyi kimi müxalifət artıq iflasa uğrayıb ”

- Normal demokratik cəmiyyətlərdə müxalifətin olması zəruridir. Yəni Azərbaycanda da müxalifət var, lakin bizim müxalifət iki hissəyə bölmək olar. Birinicisi, qanunlarımız, konstitusiyamız çərçivəsində fəaliyyət göstərən və bu gün onların böyük bir qisim də parlamentdə təmsil olunur və Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim ölkəmizin tarixində də ilk dəfə olaraq parlamentin rəhbərliyində, komitələrin rəhbərliyində həmin o normal müxalifətin nümayəndələri də təmsil olunubdur. Bunun özü də bu gün cəmiyyətimiz də yeni bir siyasi ovqat formalaşdırıb, normal iqtidar müxalifət münasibətlərinin düzgün axarda gedilməsi üçün bir zəmin yaradıbdır. İkincisi isə, çox təəssüflər olsun ki, müxalifət düşərgəsində radikal, dağıdıcı qanadda var, onlar uzun illərdir ki, Azərbaycanda dağıdıcılıq, pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Onlar Azərbaycanda gedən bütün müsbət proseslərə ləkə yaxmaqla, böhtan atmaqla məşğuldurlar. Təbii ki, radikal müxalifətin cəmiyyətdə heç bir dəstəyi yoxdur, yalnız bir qrup adamlar xarici havadarlarından aldıqları sifarişləri sosial şəbəkələrdə ağızlarına gələni danışmaqla, ağa qara deməklə, Azərbaycanda görülən, aparılan böyük işlərin, islahatların üzərinə kölgə salmaqla yerinə yetirirlər. Lakin sözügedən qüvvələrin cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur. Artıq cəmiyyət çoxdan onları özündən uzaqlaşdırıb və onlar artıq çoxdan iflasa uğrayıblar. Lakin bu sosial şəbəkələrin mövcud olmağı və sosial şəbəkələr vasitəsi ilə xüsusilə də bəzi internet televiziyalar mövcuddur ki, o televiziyalarda heç kəsə sirri deyil ki, xarici ölkələrdə anti-Azərbaycan dairələr tərəfindən maliyyələşirlər. Yəni o kanallar Azərbaycanda deyil, əksəriyyəti xarici ölkələrdən yayımlanır. Baxmayaraq ki, onlar ölkəmizlə bağlı ağızlarına gələni danışır. Amma Azərbaycan cəmiyyəti onları dəstəkləmir. Bəli Prezident İlham Əliyevin dediyi kimi müxalifət artıq iflasa uğrayıb, onların cəmiyyətdə heç bir çəkisi, sözü, siyasi təsiri yoxdur və onlar özləri-özlərinin bu cür addımları və fəaliyyətləri ilə gətirib uçurumun dibinə salıblar. O uçurumun dibindən onları heç nə çıxara bilməyəcəkdir. Bir sözlə, radikal müxalifət siyasi uçurumun dibindədir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə